Xeyirxahlıq xalqımıza xas olan yüksək insani keyfiyyətlərdəndir. Azərbaycanlılar əsrlər boyu könüllü və təmənnasız kömək ənənələrinə bağlı olub.
Masallı rayonunda ənənəvi xeyriyyə aksiyaları Ramazan bayramı ərəfəsində də davam etdirilib.
Növbəti xeyriyyə aksiyası şərçivəsində rayonun Yeddioymaq kənd sakini Adına Şaban oğlu Salayev və qardaşı – Rusiyada yaşayan iş adamı Üzeyir Salayev tərəfindən 100-dən çox şəhid və qazi ailəsinə ərzaq sovqatı çatdırılıb.
Məqsəd 44 günlük Vətən Müharibəsi ərzində şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvlərinə və yaralı müharibə iştirakçılarına dəstək olmaqdır.
Şəhid və qazi ailələri bu xeyirxah addımı müsbət dəyərləndirib, aksiya təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Müəllif: Akif AĞAYEV,