Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunub-FOTO

Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunub-FOTO
  • Cəmiyyət

  • Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan 7 yaşlı Aysu İsgəndərova dəfn edilir.

    LEQAL.AZ Report-a istinadən xəbər verir ki, Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

    A.İsgəndərova yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 4 mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər