Fətullah Gülən öldü

Fətullah Gülən öldü
  • Maraqlı / Dünya

  • Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən dünyasını dəyişib.

    Musavat.com xəbər verir ki, Gülənin ölüm xəbərini ona yaxın olan "Herkül" saytı yayıb.

    Məlumatda Fətullah Gülənin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Herkul saytının sosial media hesabından edilən açıqlamada, “Dəfn prosedurları ilə bağlı ətraflı məlumat ictimaiyyətlə paylaşılacaq”.-, deyə bildirilib.

    Bundan başqa, Fətullah Gülənin bacısı oğlu Ebuseleme Gülən də sosial media hesabında paylaşdığı paylaşımla onun ölüm xəbərini təsdiqləyib.

    Gülən paylaşımında "Fətullah Gülən haqqın rəhmətinə qovuşdu. Allah rəhmət eləsin" - , deyə bildirib.

    Xəbəri Fətullah Gülənə yaxın şəxslər də sosial media hesablarında da paylaşıblar. 

    Qeyd edək ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərdə Fətullah Gülənin ağlını itirdiyi iddia edilmişdi.

    Musavat.com

    PAYLAŞ:

    Oxşar xəbərlər