Dövlət Komitəsinin sədri Lənkərandakı “Şeyx Zahid” ziyarətgahı və Böyük bazar “Cümə” məscidində olub

Dövlət Komitəsinin sədri Lənkərandakı  “Şeyx Zahid” ziyarətgahı və Böyük bazar “Cümə” məscidində olub
  • Cəmiyyət

  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəranda yerləşən “Şeyx Zahid” ziyarətgahı və Böyük bazar “Cümə” məscidinin fəaliyyəti ilə tanış olub.

    Dini ibadətgahlarda fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Komitə sədri qeyd edib ki, Azərbaycanda dini sahədə stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlər baxımından da nümunəvidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir.

    Ramin Məmmədov, eyni zamanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində işlərin daha səmərəli qurulması üçün dini qurumlar ilə  koordinasiyanın gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, məzhəbçilik zəminində cəmiyyətdə parçalanma yaratmağa çalışan qüvvələrə qarşı dini-ideoloji maarifləndirmə tədbirlərində din xadimləri fəal iştirak etməlidirlər.

    dini məzhəbçilik faktorundan sui-istifadə edən bəzi qüvvələrə qarşı bölgələrdə din xadimlərinin potensialından maksimum istifadə olunmalıdır.

    Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycanda ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını bildiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər