Energetika naziri Çində PowerChina və TBEA şirkətləri ilə görüşüb

Energetika naziri Çində PowerChina və TBEA şirkətləri ilə görüşüb
  • İqtisadiyyat

  • Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov “TBEA Co.,Ltd” və “PowerChina International Group” şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edib.

    “TBEA Co.,Ltd” İdarə Heyətinin sədri Zhang Xin ilə görüşdə şirkətin istehsal, mühəndislik xidmətləri, satınalma, tikinti, enerjinin ötürülməsi  və paylanması, elektrik stansiyaları, bərpa olunan enerji mənbələri və digər  infrastruktur layihlələrinin maliyyələşdirilməsi üzrə fəaliyyətibarədə məlumat verilib. TBEA şirkəti ilə Azərbaycanla bərpa olunan enerji avadanlıqlarının istehsalı, texnologiyaların təchizatı sahələrində, həmçinin regional “yaşıl enerji” infrastrukturu layihələrində  əməkdaşlıq imkanları müzakirə edilib. Nazirliklə TBEA arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdən keçirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub.

    “PowerChina International Group” şirkətinin vitse-prezidenti Yang Yisheng ilə görüşdəisə iki ölkə liderlərinin Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən siyasətinin “yaşıl enerji” sahəsində geniş əməkdaşlığı təşviq etdiyi bildirilib.

    Bu kontekstdə PowerChina şirkəti ilə Azərbaycanın bərpa olunan enerjinin inkişafı ilə bağlı növbəti mərhələsi və“yaşıl enerji dəhliz”lərini əhatə edən beynəlxalq miqyaslı fəaliyyəti çərçivəsində yeni əməkdaşlıq perspektivləri dəyərləndirilib.

    Həmçinin Xızı və Abşeronda 240 MVt-lıq külək enerjisi layihəsinin həyata keçirilməsində və 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə  keçirilən hərrac prosesindəşirkətin iştirakından məmnunluq ifadə edilib. PowerChina şirkəti Xəzər dənizində külək enerjisinin istehsalı, bu enerjinin ötürülməsi və  bərpa olunan enerjinin digər istiqamətləri üzrə əməkdaşlığa dəvət edilib. 




    PAYLAŞ:

    Oxşar xəbərlər