Vətən müharibəsində şəhid olmuş zabitimiz dəfn edilib

Vətən müharibəsində şəhid olmuş zabitimiz dəfn edilib
  • Cəmiyyət

  • Səkkiz ay sonra nəşi tapılan qəhrəman şəhidimiz - leytenant Yusifov Əli Süləddin oğlunun nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu Şərur rayonuna yola salınıb.

    LEQAL.AZ “report”a istinadən xəbər verir ki, Əli Yusifov Şərur Şəhidlər Xiyabanında dəfn edilib. Mərasimdə şəhidin doğmaları, ictimaiyyət nümayəndələri, hərbçilər, rayon rəhbərliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri iştirak edib.

    Qeyd edək ki, həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbçimizin - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    Allah rəhmət eləsin!





    PAYLAŞ:

    Oxşar xəbərlər