Aprelin 28-i Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Şəki Tibb Kollecinin birgə təşkilatçılığı ilə "Uğurun psixoloji cəhətləri" mövzusunda onlayn seminar keçirildi.
Təlimçi Fidan Əhmədova çıxışında uğurlu və uğursuz insanların xüsusiyyətlərini qeyd etdi. Bildirdi ki, uğurlu insanlar vaxtlarını səmərəli istifadə edir, məqsədli olur və tənqidi fikirləri qəbul edirlər.
Uğursuz insanlar isə məsuliyyətsiz olur, öz səhvlərini qəbul etmir və işlərini ertələyirlər. Müzakirə şəklində keçirilmiş seminarda, həmçinin tanınmış psixoloqların uğurla bağlı fərziyyələrindən də danışıldı.
Sonda Fidan Əhmədova könüllüləri maraqlandıran sualları cavablandırdı.
LEQAL.AZ