"Mütaliənin faydası və sürətli oxu" mövzusunda seminar keçirildi

"Mütaliənin faydası və sürətli oxu" mövzusunda seminar keçirildi
  • İdman

  • Aprelin 16-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Mütaliənin faydası və sürətli oxu" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, təlimçi Fidan Akbar mütaliə zamanı diqqət edəcəyimiz kitab seçimindən bəhs etdi. Qeyd etdi ki, doğru kitabı oxumaq fikrimizi daha aydın ifadə etməyimizə kömək olur.

    Sürətli oxunun xüsusiyyətlərindən bəhs edən Fidan Akbar iştirakçıların oxu surətlərini yoxladı və bunu inkişaf etdirməyin yolları haqqında məlumat verdi.

    Seminarın sonunda təlimçi könüllülərin sualını cavablandırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər