"Ünsiyyət psixologiyası" mövzusunda onlayn seminar keçirilib

"Ünsiyyət psixologiyası" mövzusunda onlayn seminar keçirilib
  • Cəmiyyət

  • Aprelin 24-ü Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə "Ünsiyyət psixologiyası“ mövzusunda onlayn seminar keçirildi.

    Sosial pedaqogika ixtisası üzrə mütəxəssis Şahin Mehrəliyev çıxışında ünsiyyətin xüsusiyyətləri, ünsiyyət zamanı istifadə olunan vasitələr, mutizm və ünsiyyətdə təcrübə texnikaları haqqında məlumat verdi.

    Ünsiyyət bariyerlərinin səbəblərini açıqladı və həlli üçün həmin insanların sosial mühitdə, müzakirələrdə iştirak etməsinin üstünlüklərini diqqətə çatdırdı.

    Seminarda həmçinin insanlarla düzgün ünsiyyət qurmağımız üçün nitqimiz aydın, səlist, məntiqli olmasından da danışıldı. Sonda Şahin Mehrəliyev könüllüləri maraqlandıran suallar cavablandırdı.

    LEQAL.AZ


    PAYLAŞ:

    Oxşar xəbərlər