Azərbaycanda COVID-19-a qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı yarım milyonu ötüb

Azərbaycanda COVID-19-a qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı yarım milyonu ötüb
  • Cəmiyyət

  • Aprelin 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 871 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6711, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9160 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 456 min 114-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 953 min 545, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 502 min 569 nəfərdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər