Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 mini ötüb

Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 mini ötüb
  • Cəmiyyət

  • Aprelin 23-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 14 min 424 doza vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8199, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 6225 nəfər olub.

    Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 396 min 391-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 926 min 76, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 470 min 315 nəfərdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər