Aprelin 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 31 min 28 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a bildiriblər ki, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 347, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4681 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.