Daha 2 035 yeni yoluxma qeydə alınıb, 32 nəfər ölüb

Daha 2 035 yeni yoluxma qeydə alınıb, 32 nəfər ölüb
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 035 yeni yoluxma faktı qeydə alınıb, 1 174 nəfər müalicə olunaraq sağalıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 273 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 243 467 nəfər müalicə olunaraq sağalıb, 3 743 nəfər vəfat edib, aktiv xəstə sayı 26 659 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 701, ötən müddət ərzində isə ümumilikdə 2 948 419 test aparılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər