Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər