Şəhid Teymur Həsənovun xatirəsi anılıb

Şəhid Teymur Həsənovun xatirəsi anılıb
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid, qəhrəman döyüşçümüz Həsənov Teymur Mahal oğlunun cənnətdəki ilk doğum günü münasibətilə onun II Fəxri xiyabanda məzarını ziyarət edib.

    LEQAL.AZ-ın məlumatına görə, ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı dövlətimizin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid, qazi və müharibə veteranlarına olan dövlət qayğısından danışaraq, əziz şəhidlərimizin işıqlı xatirəsinin gələcək nəsillərin yaddaşında və qəlbində əbədi yaşayacağını qeyd edib. Bildirib ki, bu gün dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər