Bu ilin üç ayında 36 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib

Bu ilin üç ayında 36 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib
  • Cəmiyyət

  • “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar əsasında 2021-ci ilin martında üç mina hadisəsi nəticəsində səkkiz nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb. Hadisə nəticəsində iki mülki şəxs həlak olub, biri uşaq olmaqla altı nəfər yaralanıb.

    İctimai Birlikdən LEQAL.AZ-a bildirilib ki, bu ilin martında minalarla bağlı hadisələr Ağdam və Xocavənd rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ilin ilk üç ayında 36 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

    “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi vətəndaşlara bir daha tövsiyə edir ki, işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar. Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid məlumat bazasının yaradılması və onların problemlərinin öyrənilərək həll olunması sahəsində təşkilat mütəmadi fəaliyyət göstərir”, - deyə İctimai Birliyin məlumatında vurğulanır.
    PAYLAŞ:

    Oxşar xəbərlər