“Çinlə siyasi əlaqələrimizi çox yükəsk qiymətləndiririk. Hər bir sahədə əlaqələrimiz inkişaf edir”.
LEQAL.AZ xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla münasibətlərdə, o cümlədən COVID-19-la bağlı öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir: “Ümidvarıq ki, bundan sonra da əlaqələrimiz çox yüksək səviyyədə inkişaf edəcək”.