Sumqayıtda yol polisləri sərnişin avtobuslarında tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıblar

Sumqayıtda yol polisləri sərnişin avtobuslarında tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıblar
  • Cəmiyyət

  • Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan olunan hərbi vəziyyət, həm də koronovirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, bu istiqamətdə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan sərnişinlər və sürücülər yol polisləri tərəfindən müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunurlar. Həmçinin polis şöbəsinin əməkdaşları Sumqayıt şəhər avtovağzalında və paytaxt istiqamətində hərəkət edən avtobuslarda şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsi ilə sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət edirlər.
    Qeyd edək ki, Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı polislər tərəfindən qətiyyətlə alınır.
    Həmçinin ictimai nəqliyyatda yol polisləri insanlar arasında daim profilaktik söhbətlər apararaq onlara sanitar-epidemioloji normalara riayət etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verirlər. Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
    Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il noyabrın 2-si saat 06:00-dək uzadılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər