Avropada koronavirusa təkrar yoluxma halları artır

Avropada koronavirusa təkrar yoluxma halları artır
  • Cəmiyyət

  • Koronavirus pandemiyası davam etdikcə, bəşəriyyət COVID-19 haqqında daha yeni məlumatlar öyrənir. İndi məlum olur ki, dünyada bu virusa təkrar yoluxmaların sayı durmadan artır.

    LEQAL.AZ xəbər verir ki, Avropa İttifaqında (Aİ) koronavirusa yoluxmanın ilk təsdiqlənmiş hadisəsindən bir il sonra infeksiyanın təkrarlanması qeydə alınır. Son vaxtlardan etibarən, Aİ-də təkrar infeksiya halları barədə aylıq hesabatlar dərc edilməyə başlayıb. Son bir ay ərzində COVID-19-a təkrar yoluxmaların sayı doqquz dəfə artıb.

    Təsdiqlənmiş təkrar infeksiyalara əlavə olaraq, ehtimal olunan infeksiya təkrarlanma halları da qeydə alınır. Bu, ən azı bir halda xəstəliyin asimptomatik olaraq baş verdiyini hesab etməyə əsas verir.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər