Avstriya hökuməti karantin qaydalarının yumşaldılmayacağını elan edib

Avstriya hökuməti karantin qaydalarının yumşaldılmayacağını elan edib
  • Cəmiyyət

  • Avstriya hökuməti martın 22-də keçirdiyi mətbuat konfransında karantin qaydalarının hələlik yumşaldılmayacağını elan edib.

    LEQAL.AZ xəbər verir ki, Federal Kansler Sebastian Kurts karantin qaydalarının yumşaldılması ilə bağlı qərarın Pasxa bayramından sonra (aprelin il ongünlüyü) veriləcəyini bildirib.

    Onun sözlərinə görə, bunun üçün əsas parametrlər təkcə ölkədə yoluxma səviyyəsi deyil, eyni zamanda, vaksinasiya prosesinin gedişatı və xəstəxanaların reanimasiya şöbələrindəki xəstələrin sayı da olacaq.

    Bundan başqa karantin qaydaları ilə bağlı regionallaşma bundan sonra da davam etdiriləcək.

    Ölkənin qərb regionlarında bir sıra yünülləşdirmələrin artıq qüvvəyə minməsinə baxmayaraq, paytaxt Vyananın da daxil olduğu şərqi regionlarda vəziyyət hələ də ciddi olaraq qalır.

    PAYLAŞ:

    Oxşar xəbərlər