AMEA-dan AÇIQLAMA

AMEA-dan AÇIQLAMA
  • Cəmiyyət

  • LEQAL.AZ AMEA-nın rəsmi saytına istinadla xəbər verir ki, AMEA-nın Mətbuat və informasiya şöbəsinin məlumatı yayılıb.

    Məlumatda deyilir:

    “19-20 mart tarixlərində bəzi ölkə saytlarında AMEA prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində guya ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb.

    İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir.

    Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar.”
    PAYLAŞ:

    Oxşar xəbərlər