Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
  • Cəmiyyət

  • Martın 17-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

    Müdafiə Sənayesi Nazirliyindən LEQAL.AZ-a bildiriblər ki, nazir səfiri təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını vurğulayıb. Mədət Quliyev Azərbaycan ilə Belarus arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, istər siyasi-iqtisadi, istərsə də hərbi sahələrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Nazir dövlətlərimizin başçıları arasındakı səmimi dostluq və qarşılıqlı etimaddan qaynaqlanan ikitərəfli əməkdaşlığın təkcə iki ölkənin deyil, bütövlükdə regionun gələcək tərəqqisi üçün səmərəli olacağından əminliyini ifadə edib.

    Daha sonra Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti və perspektivləri geniş müzakirə edilib. Nazir səfirin diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə yaradılıb. M.Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində dəyən zərərlər barədə qonağı məlumatlandırıb.

    Səmimi görüşə görə təşəkkür edən səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu qeyd edərək Azərbaycan ilə Belarus arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər