Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə qarşıdan gələn Novruz bayramı münasibətilə sovqatlar paylayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, şöbənin əməkdaşları həmin ailələri ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar.
Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polis əməkdaşları Novruz bayramı münasibətilə onları təbrik ediblər.