ÜST-ün baş direktoru Azərbaycana təşəkkür edib

ÜST-ün baş direktoru Azərbaycana təşəkkür edib
  • Cəmiyyət

  • Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.

    LEQAL.AZ xəbər verir ki, o, bu barədə “Twitter” hesabında paylaşma edib.

    Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi. Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər