Daxili İşlər Nazirliyi: əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

Daxili İşlər Nazirliyi: əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb
  • Cəmiyyət

  • Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 25 cinayətin üstünü “isti izlər”lə açıblar.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
    Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyənləşdirilib.
    Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər