Döyüş, əsgərim, döyüş

Döyüş, əsgərim, döyüş
  • Cəmiyyət

  • Döyüş, əsgərim, döyüş
     
    Torpaq yanıb kül olmasın,
    Vətən gülləri solmasın.
    Əlin-qolun yorulmasın,
    Döyüş, əsgərim, döyüş.
     
    Şuşanın gəlmir sədası,
    Laçının qandır yarası.
    Yurdumun aslan balası,
    Döyüş, əsgərim, döyüş.
     
    Tükənib səbrim, dözüm də,
    Qaynayır qəzəb gözümdə.
    Gəlirəm kömək özüm də,
    Döyüş, əsgərim, döyüş.
     
    Mən yanında, sən də öndə,
    Əziz balam, bu dar gündə
    Çökdür düşməni önündə
    Döyüş, əsgərim, döyüş.
     
    Cavanşir  DAŞQIN.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər