Şəhidimiz iki bacının bir qardaşıdır. Ağayev Əmirağa sabah günorta saatlarında doğulduğu Şabran rayonunda torpağa tapşırılacaq.
Vətən müharibəsində itkin düşmüş hərbçimizin şəhid olması xəbəri gəlib.
LEQAL.AZ-ın məlumatına görə, Şabran rayon Surra kənd sakini, 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğlu iyul ayında hərbi xidmətə yola düşüb. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Ailəsi ilə son danışığı oktyabr ayının 11-də olub.
Əmirağa Ağayev
Ondan sonra ailə Əmirağadan heç bir xəbər ala bilməyib. O, Füzuli döyüşlərində itkin düşüb.
Şəhid iki bacının bir qardaşıdır. Şəhid Ağayev Əmirağa sabah günorta saatlarında doğulduğu Şabran rayonunda torpağa tapşırılacaq.Sputnik