Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinin, müharibə qazilərinin, erməni terrorundan zərər çəkən şəxslərin aktiv məşğulluq proqramları çərçivəsində dəstəklə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 2500 şəxs, o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Onlardan 2200-ü özünüməşğulluq proqramına cəlb edilib. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin edilirlər. 250-dək şəxsin isə ödənişli ictimai işlər, digərləri əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramları çərçivəsində məşğulluq məsələləri operativ həll olunub.