Ötən ilin on bir ayı ərzində Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub

Ötən ilin on bir ayı ərzində Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub
  • Cəmiyyət

  • Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 116 min 454 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

    Dövlət Statistika Komitəsindən LEQAL.AZ-a bildiriblər ki, doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrin 3106-sı əkiz, 117-si üçəm, dördü isə dördəmdir.

    Ötən ilin on bir ayı ərzində ölkədə 61 min 147 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər