Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib. Həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.
Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a bildirilib ki, yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir.
Son bir ay müddətində 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır.