Minatəmizləmə Agentliyi əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb

Minatəmizləmə Agentliyi əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb
  • Cəmiyyət

  • Yanvarın 22-də saat 10:00 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təmizləmə qrupunun minaaxtaranı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlu işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın (PMN-Э) zərərsizləşdirilməsi zamanı partlayış baş verib.

    Agentliyin mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, partlayış nəticəsində Azər Sultanov üz nahiyəsindən xəsarət alıb. O, dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılaraq cərrahiyyə əməliyyatına alınıb. Hazırda onun vəziyyəti sabit ağırdır.

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi bir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad edilmiş torpaqlardır. Təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.
    PAYLAŞ:

    Oxşar xəbərlər