Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) və Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) birgə layihəsi olan “Media sektoru” radio verilişinə start veriləcək.
LEQAL.AZ xəbər verir ki, “ASAPES GOLD” radiosunun proqramında yer alacaq verilişin gündəmi idman jurnalistikası olacaq.
Fevralın 2-dən etibarən, hər həftə iki idman jurnalistinin qonaq olacağı verilişdə, əsasən, idman mediasının problemləri, uğurları, bu sahədəki yeniliklər və digər məsələlər müzakirə ediləcək.