“YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, Fond tərəfindən yanvarın 14-15-də 54 şəhid ailəsi üzvünün tibbi müayinədən keçirilməsi təmin edilib.
Onların bəzilərinə müalicə, digərlərinə isə müəyyən müddətlik müalicə prosesindən sonra əməliyyat təyin edilib.
Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir.