İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi

İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi
  • Cəmiyyət

  • Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

    LEQAL.AZ xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.

    Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

    Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

    Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.

    O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

    Allah rəhmət eləsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər