Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağcabədi rayon sakini xəsarət alıb

Ermənistan ordusunun yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Ağcabədi rayon sakini xəsarət alıb
  • Cəmiyyət

  • Ermənistan silahlı qüvvələri oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
    Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 17-də saat 16 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev Orxan Nizami oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Evə isə külli miqdarda ziyan dəyib.
    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər