Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid ailələrinə dəstək” ianə kampaniyası elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu “Şəhid ailələrinə dəstək” ianə kampaniyası elan edir
  • Cəmiyyət

  • Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alaraq, “Şəhid ailələrinə dəstək” ianə kampaniyasına başlayır. Xaricdə yaşayan azərbaycanlılar şəhid ailələrinə dəstək məqsədilə Fondun xarici valyutada olan bank hesablarına ianə köçürə bilərlər.
       Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədilə bank hesablarına daxil olan ianələr və onların istifadəsi ilə bağlı hesabat mütəmadi olaraq Fondun sosial media ünvanlarında yerləşdiriləcək.
       Allah bütün şəhidlərimizə rəhmət eləsin!
     
     
    Rəşid Paşalı,

    Mənəvi Dəyərlərin Təbliği Fondunun
    Mənəvi dəyərlərin təbliği şöbəsinin müdiri.


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər