Prezidentə yazırlar: Fəxr edirik ki, Azərbaycanın güclü Ordusu və Sizin kimi müdrik rəhbəri var

Prezidentə yazırlar: Fəxr edirik ki, Azərbaycanın güclü Ordusu və Sizin kimi müdrik rəhbəri var
  • Cəmiyyət / Siyasət

  • Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatlar, torpaqlarımızın ard-arda düşmən işğalından azad edilməsi vətəndaşlarımız, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda ifadə edirlər.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

    Türkiyənin İstanbul şəhərindən Uğur Ceylan yazır: “Hörmətli cənab Prezident, Azərbaycanda baş verən hadisələri narahatlıqla və eyni zamanda, qürurla izləyirik. Xalqın yenilməz lideri olaraq torpaqlarınızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə şərəf duyuruq. Türk milləti olaraq daim Sizinləyik, dualarımız Sizinlədir. Bununla yanaşı, cəbhədə də Sizinlə çiyin-çiyinə döyüşməyə hazırıq. Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin. Allahdan əziz Azərbaycan xalqına cansağlığı diləyirəm”.

    Ankara şəhərindən Onur Gündüz: “Hörmətli cənab Prezident, Türkiyədə yaşayan qardaşlarınız olaraq qəlblərimizin Sizin ürəklərinizlə birlikdə döyündüyünü bildirmək istəyirəm. Mən Sakaryada doğulmuşam. Amma mənim üçün Qarabağın Sakaryadan heç fərqi yoxdur. Allah Vətən yolunda Sizə və ordunuza, xalqınıza kömək olsun. Oğuz tayfalarının davamçıları daim zülmə qarşı vuruşub və qalib gəlib. Dualarımız Sizinlədir”.

    Niderlandda yaşayan soydaşlarımız Elvin Hulşer və Tariyel Mirzəyev yazırlar: “Möhtərəm cənab Prezident, Azərbaycan-Niderland Biznes Qovşağının heyəti adından Azərbaycan xalqına öz dəstəyimizi ifadə etmək istəyirik. Ürəyimiz hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların yanındadır. Arzu edirik ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri dərhal icra edilsin və beləliklə, sülh və davamlı rifah geri qayıtsın”.

    Bakı şəhər sakini Xanağa Əhədli: “Əziz Prezidentimiz, Sizi salamlayan 86 saylı orta məktəbin 5ç sinif şagirdidir. Mən Sizə təşəkkür etmək üçün məktub yazıram. Hər gün torpaqlarımızın düşməndən azad edilməsi barədə verdiyiniz xəbərləri dinləyən anamın gözündəki sevinc göz yaşlarını görmək məni də sevindirir. Biz də ailəliklə daim cəbhədəki vəziyyəti düşünürük və deyirik ki, Qarabağ Azərbaycandır!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər