Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək
  • Cəmiyyət

  • Azərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 6-8° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək - 774 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

    Dekabrın 10-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 1-4°, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, gündüz 0-4° şaxta olacağı proqnozlaşdırılır.

    Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər