İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs və məhbusların mübadiləsi razılaşması üzrə danışıqlarda irəliləyiş olub.
Leqal.az xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli rəsmisi məlumat verib.
“Məhbuslar qarşılığında atəşkəs razılaşması tamamlanıb. Vasitəçilər razılaşmanı elan etməmişdən öncə İsrail Baş naziri Benyamin Netanyahunun təsdiqini gözləyirlər", - o bildirib.