Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri

Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri
  • ---

  • Prezident İlham Əliyevin 13 oktyabr 2026-cı il tarixində Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iqtisadi əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilməsi ilə yadda qaldı.

    Dövlət başçısı iki ölkə arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini qeyd etməklə yanaşı, iqtisadi əlaqələrin də mövcud imkanlara uyğun genişləndirilməsinin vacibliyini vurğuladı. Prezidentin sözlərinə görə, hazırkı ticarət dövriyyəsi Azərbaycan və Laosun potensialını tam əks etdirmir. Bu səbəbdən iqtisadi sahədə yeni təşəbbüslərin həyata keçirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyətinin genişlənməsi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun artırılması istiqamətində təcrübəsi əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Laos tərəfindən konkret investisiya layihələrinin təqdim olunması Azərbaycan investorlarının həmin layihələrə marağının qiymətləndirilməsinə şərait yarada bilər.

    Bəyanatda energetika, mədən sənayesi, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələri də əməkdaşlığın perspektiv istiqamətləri kimi qeyd edilib. Eyni zamanda, Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun imkanları, Transxəzər nəqliyyat marşrutu ilə əlaqələrin genişləndirilməsi perspektivləri regional və beynəlxalq iqtisadi əlaqələr baxımından əhəmiyyətlidir.Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan–Laos Biznes Forumu sahibkarlar arasında əlaqələrin qurulmasına, qarşılıqlı məlumat mübadiləsinə və yeni layihələrin müzakirəsinə töhfə verə bilər.Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər iqtisadi əməkdaşlığın konkret layihələr, qarşılıqlı maraq və uzunmüddətli tərəfdaşlıq əsasında inkişaf etdirilməsinin əhəmiyyətini ortaya qoyur. Bu istiqamətdə atılacaq addımlar Azərbaycan və Laos arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə xidmət edə bilər.






    Lətifə Həsənova, 
    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
    PAYLAŞ:

    Oxşar xəbərlər