16 iyul 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilib.
Qəbulda rayonun müxtəlif yaşayış məntəqələrindən olan vətəndaşlar iştirak edərək onları narahat edən məsələlər, eləcə də müxtəlif xarakterli müraciət və təkliflərini rayon rəhbərinin diqqətinə çatdırıblar.
Vətəndaşlar tərəfindən əsasən sosial-məişət məsələləri, məşğulluq, kommunal xidmətlər və digər sahələrlə bağlı müraciətlər səsləndirilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hər bir vətəndaşı fərdi qaydada dinləyərək qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə və məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi qəbul zamanı yerində həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə icraya yönəldilərək nəzarətə götürülüb.
Qəbulun sonunda rayon rəhbəri vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, onların operativ, obyektiv və şəffaf şəkildə araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsinin Masallı Rayon İcra Hakimiyyətinin fəaliyyətində daim prioritet istiqamətlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, mütəmadi keçirilən vətəndaş qəbulları dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə və müraciətlərin çevik həllinə xidmət edir.

