AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çinə səfəri çərçivəsində Şiciaguanq şəhərində yerləşən Hebey əyalət muzeyini ziyarət edib.
Əvvəlcə muzeyin partiya katibi və direktoru Sionq Huybiao ilə görüş olub. Muzeyin tarixi və burada saxlanılan unikal eksponatlar barədə məlumat verən Sionq Huybiao Azərbaycanla elmi əməkdaşlıq əlaqələri yaratmaq, birgə tədqiqat işləri aparmaqda maraqlı odluqlarını bildirib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli isə öz növbəsində Çinin elmi qurumları ilə yaradılmış əlaqələrdən danışıb, muzey eksponatları üzərində elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətinə toxunub.
Sonra qarşlıqlı xatirə hədiyyələri təqdim olunub.
Akademik İsa Həbibbəyli muzeyi ziyarət edib, zalları gəzib və eksponatlarla yaxından tanış olub. AMEA prezidentinə muzeyin tarixi və burada nümayiş olunan maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.
Akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında elmi əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif edilmiş Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevə AMEA-nın xatirə nişanını təqdim edib.

