Rayon rəhbəri Güllütəpə ərazisinin Yolağac kəndində şəhid məzarını ziyarət etdi

Rayon rəhbəri Güllütəpə ərazisinin Yolağac kəndində şəhid məzarını ziyarət etdi
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.

    Bütün qeyd olunanlara nümunə olaraq, 21 may 2026-cı il tarixdə Köhnə Zuvand kəndində vətəndaşlar ilə görüşdən sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, şöbə müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, idarə və müəssisə rəhbərləri, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və vətəndaşların iştirakı ilə Köhnə Zuvand kəndində şəhidlərin məzarları ziyarət edilmiş, qəbirüstü abidələri önünə tər gül dəstələri düzülərək onların əziz xatirəsi ehtiramla yad edilmişdir.

    Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər