Prezident İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında mühüm çıxış etdi. Bu forum dünyanın bir çox ölkəsindən nümayəndələrin iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirlərdən biridir. Prezident çıxışında Azərbaycanın inkişafından, şəhərsalma sahəsində görülən işlərdən və gələcək planlardan danışdı.
İlham Əliyev qeyd etdi ki, Azərbaycan son illərdə böyük inkişaf yolu keçmişdir. Xüsusilə Bakı şəhərində həyata keçirilən tikinti və abadlıq işləri paytaxtın simasını tamamilə dəyişmişdir. Yeni yolların, parkların, yaşayış komplekslərinin və müasir binaların tikilməsi insanların daha rahat yaşamasına şərait yaradır. Prezident vurğuladı ki, şəhərsalma işlərində əsas məqsəd insanların rahatlığı və təhlükəsizliyidir.
Çıxış zamanı Azərbaycanın qədim tarixi və mədəni irsi haqqında da danışıldı. Prezident bildirdi ki, Bakı şəhərində qədim memarlıq nümunələri qorunur və müasir tikililərlə uyğun şəkildə inkişaf etdirilir. İçərişəhər kimi tarixi məkanlar Azərbaycanın zəngin mədəniyyətini dünyaya tanıdır.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə də xüsusi diqqət çəkdi. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır. Bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Yaşıl enerji, müasir texnologiyalar və ekoloji layihələr həmin bölgələrin inkişafında mühüm rol oynayır.
Çıxışda beynəlxalq əməkdaşlığın əhəmiyyəti də vurğulandı. Prezident qeyd etdi ki, şəhərsalma və urbanizasiya məsələləri bütün dünya üçün vacibdir və dövlətlər bu sahədə bir-biri ilə əməkdaşlıq etməlidirlər. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunu göstərir.
Sonda Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə də inkişaf yolunda uğurla irəliləyəcəyini bildirdi. Onun çıxışı ölkəmizin müasir, güclü və inkişaf edən dövlət olduğunu bir daha nümayiş etdirdi.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi