Rayon rəhbəri Qodman ərazisində şəhid ailəsini ziyarət edib daha sonra şəhid ailəsi üçün tikilən evə baxış keçirib

Rayon rəhbəri Qodman ərazisində şəhid ailəsini ziyarət edib daha sonra şəhid ailəsi üçün tikilən evə baxış keçirib
  • Cəmiyyət

  • 20 may 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Qodman ərazisində Birinci Qarabağ müharibəsi şəhidi Zərbiyev Rahim Oktay oğlunun ailəsini ziyarət edib.

    Ziyarət zamanı rayon rəhbəri şəhid anası Əliyeva Mahirə Xəlil qızının səhhəti və qayğıları ilə maraqlanıb, ailənin problemlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

    Daha sonra Araz Əhmədov şəhid ailəsi üçün inşa olunan fərdi yaşayış evinə baxış keçirib. Evdə aparılan tikinti-təmir işləri ilə yerində tanış olan rayon rəhbəri işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

    Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


    PAYLAŞ:

    Oxşar xəbərlər