15 may 2026-cı il tarixdə Masallı rayon Prokurorluğunun inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonundan olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda iştirak edən 51 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.


