10 may 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.
Konsert proqramında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisinin Deputatları Məşhur Məmmədov və Fəzail İbrahimli, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayonun ağsaqqalları, ziyalıları, fəal gəncləri, media əməkdaşları və rayon sakinləri iştirak etmişlər.
Tədbirdə Şamo İbayev - “Azərbaycan”, Niyam Salami – Müxtəlif musiqilər, Mirəhməd Kərimov - 'Mavi gözündə", Miriş Hüseynov - 'Dilavər', Emil Tağıyev - “Ey Vətən”, 'Halay' Xalq Folklor kollektivi – “Ay lo lo”, Firudin Səfərov – “Qarabağ Azərbaycandır”, Zaur Quluzadə - 'Dəniz' , Mirəhməd Kərimov və Aysel Nərimanovanı - 'Anam Azərbaycanım', sonda isə Atamoğlan Zahid - “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək' musiqilərini səsləndirmişlər.




