Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, 2026-cı il yanvar ayının 1-i vəziyyətinə Masallı rayonda 2186 doğulan körpə qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,6-ya düşmüşdür.
Onlardan 585 körpə rəsmi qeydə alınmamış nikahdan doğulmuşdur. Həmin uşaqlardan 136 nəfəri şəhər, 449 nəfəri isə kənd yaşayış yerlərinin payına düşür. Rəqəmlərə görə, qeydə alınmamış nikahdan doğulan uşaqlar diri doğulanların ümumi sayının 26,8 faizini təşkil edib. Bu göstərici şəhər yerlərində 22,3 faiz, kənd yerlərində isə 28,5 faiz olub.
Rəsmi qeydə alınmamış nikahdan doğulan körpələrin sayı əvvəlki ildən 15,6 faiz az olmuşdur.
2025-ci ildə Masallı rayonunda 1 yaşadək ölən uşaqların sayı 31 nəfər olmuşdur. Bir yaşadək ölən uşaqların əmsalı əhalinin hər 1000 nəfərinə 17,3-dən 14,2-yə düşmüşdür. Ölən körpələrin 19-u oğlan, 12-si isə qız uşaqlarıdır. Körpə ölümlərinin əsas hissəsi perinatal dövrlə və tənəffüs sistemi ilə bağlıdır.
Ölümlərin səbəblər üzrə bölgüsü belədir:
•Perinatal dövrdə meydana çıxan hallar: 12 körpə
•Tənəffüs sistemi xəstəlikləri: 4 körpə
•Bəzi infeksion və parazitar xəstəliklər: 2 körpə
•Digər səbəblərdən: 12 körpə
2025-ci ildə Masallı rayonunda rəsmi orqanlar tərəfindən qeydə alınmış boşanmaların sayı 326 olub. Statistik göstəricilərə əsasən, boşanmaların əhəmiyyətli hissəsi 18 yaşadək uşaqları olan ailələrin payına düşür.
Məlumata görə, rayon üzrə qeydə alınmış boşanmalardan 194-ü uşaqlı ailələrdə baş verib. Bu ailələrdə ümumilikdə 366 uşaq qeydə alınıb. Statistikada diqqət çəkən məqamlardan biri də çoxuşaqlı ailələrdə boşanmaların sayıdır. Belə ki, 2 və daha çox uşağı olan ailələrdə 134 boşanma qeydə alınıb və həmin ailələrdə 306 uşaq olub.