Ukrayna Silahlı Qüvvələri düşmənin əhəmiyyətli üstünlüyünə baxmayaraq innovasiya, inteqrasiya və adaptasiya sayəsində Rusiyanın işğalını dayandıra və cəbhəni sabitləşdirə bilib.
"Leqal" xəbər verir ki, bunu Avropa Birliyinin Hərbi Komitəsinin rəhbəri, general Şon Klensi bildirib.
“Hamımız ilk günləri xatırlayırıq, burada çox da uzaq olmayan ərazilərdə Rusiya tankları Kiyevə doğru irəliləyirdi. O andan indiki vəziyyətə qədər Ukraynanın keçdiyi yol döyüş meydanındakı nailiyyətlərin parlaq nümunəsidir. Bilirəm ki, burada bir çox generallar dözümlülük, həmçinin taktiki və ya hətta operativ səviyyə barədə danışa bilər. Amma mənim fikrimcə, Ukraynanın uğurlarının ən vacib elementi innovasiya, inteqrasiya və adaptasiyadır”, – deyə o vurğulayıb.
Generalın sözlərinə görə, Rusiyanın say baxımından üstünlüyünə və Ukraynanın həm texnika, həm də canlı qüvvə baxımından daha məhdud resurslara malik olmasına baxmayaraq, Ukrayna xalqı innovasiyaları tətbiq etmək, onları inteqrasiya etmək və qarşılıqlı fəaliyyət göstərmək, eyni zamanda daim uyğunlaşmaq bacarığı sayəsində rusları üstələyib.