Kənan Tağızadənin yeni "Qutu" filmi yayımlanıb

Kənan Tağızadənin yeni "Qutu"  filmi yayımlanıb
  • Cəmiyyət

  • Kənan Tağızadənin yeni "Qutu" filmi artıq yayımdadır!

    Rejissor Kənan Tağızadənin böyük maraqla gözlənilən "Qutu" filmi izləyicilərin ixtiyarına verildi. Bu fərqli ekran işinin ən diqqətçəkən məqamı isə filmdə peşəkar aktyorların deyil, tamamilə istedadlı və həvəsli gənclərin yer almasıdır.

    Filmin yaradıcı heyətində peşəkar simalar cəmləşib: Layihənin prodüseri Taleh Xanlar, orijinal ideya müəllifi Rüfət Zeynal, quruluşçu operatoru isə Aydın Quliyevdir.

    Yaradıcı komanda premyera ilə bağlı öz təəssüratlarını bölüşüb.

    Rejissor Kənan Tağızadə fərqli hekayə və gənc heyət barədə bunları deyib:

    "Qutu sadəcə vizual bir hekayə deyil, həm də gənclərin daxili potensialını kəşf etmək üçün böyük bir fürsət oldu. Filmdə peşəkar aktyorlar oynamasa da, gənclərimizin verdiyi təbii emosiyalar, daxili səmimiyyət kadrları daha da inandırıcı və canlı etdi. İdeya müəllifimiz Rüfət Zeynalın yaratdığı bu dərin dünyanı gənclərlə birgə ekrana daşımaq mənim üçün unudulmaz təcrübə idi. İnanıram ki, tamaşaçılar ekrandakı bu təbiiliyi dərindən hiss edəcəklər."

    Filmin prodüseri Taleh Xanlar isə komanda işindən və layihənin əhəmiyyətindən bəhs edib:

    "Belə bir layihəni peşəkar aktyorlar olmadan, sırf istedadlı gənclərlə ərsəyə gətirmək həm böyük cəsarət, həm də ciddi zəhmət tələb edirdi. Amma ideyanın yaranmasından tutmuş son çəkiliş gününə qədər bütün heyət inanılmaz fədakarlıqla çalışdı. Rejissorumuz Kənan Tağızadənin peşəkar baxış bucağı və operatorumuz Aydın Quliyevin ustalığı sayəsində ortaya qürur duyduğumuz bir iş çıxardıq. Artıq filmimiz yayımdadır, hər kəsi gənclərimizin bu zəhmətini izləməyə və onlara dəstək olmağa dəvət edirəm."

    Qeyri-adi süjet xətti, vizual estetikası və gənclərin səmimi oyunu ilə seçilən "Qutu" filmi artıq yayımdadır! Hər kəsə xoş seyrlər!

    PAYLAŞ:

    Oxşar xəbərlər